AZ

Trampla Zelenskinin görüş vaxtı rəsmi olaraq açıqlanıb

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyini rəsmən təsdiqləyib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidentinin cədvəlindən aydın olur ki, görüş dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) Floridada keçiriləcək.

Tədbirdə jurnalistlərin iştirakına icazə verilməsi planlaşdırılır.

Daha əvvəl "Axios" qeyd edib ki, liderlərin görüşü Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında keçiriləcək.

Seçilən
21
5
sia.az

6Mənbələr