AZ

Trampla Zelenskinin görüş vaxtı rəsmi olaraq açıqlanıb

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşünü rəsmən təsdiqləyib.

Bakıvaxtı.az-ın "İnterfaks"a istinadən məlumatına görə, ABŞ Prezidentinin cədvəlindən aydın olur ki, Floridada görüş dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) keçiriləcək.

Tədbirdə jurnalistlərin iştirakına icazə verilməsi planlaşdırılır.

Daha əvvəl "Axios" qeyd edib ki, liderlərin görüşü Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında keçiriləcək.

Seçilən
51
5
bakivaxti.az

6Mənbələr