EN

Misir Mərdanovun işdən çıxarılması xəbəri YAYILDI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

Redaktor.az editor.az-a istinadən xəbər verir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texnika elmləri doktoru Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
16
redaktor.az

10Sources