AZ

Misir Mərdanov vəzifəsini itirdi

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək, yeni publik hüquqi şəxslər yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Editor.az" məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu, texnika elmləri doktoru Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifəsi ilə vidalaşıb. Texnika elmləri doktoru, professor Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru işləyirdi.

Seçilən
20
16
qaziler.az

10Mənbələr