AZ

Baş nazir Misir Mərdanovla Əli Abbasovu işsiz qoydu - QƏRAR

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

 

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-tez qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb. Texnika elmləri doktoru, professor Əli Abbasov  İdarəetmə Sistemləri İnstitutunun baş direktoru işləyirdi.

“Cebheinfo.az”

Seçilən
24
16
cebheinfo.az

10Mənbələr