EN

Zelenski ilə Putin son 5 ildə ilk dəfə danışa bilərlər

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna lideri Volodimir Zelenski ilə dünənki görüşüsülh danışıqlarında yeni perspektiv açıb.

Belə ki, Tramp-Zelenski görüşü Ukrayna prezidenti ilə Rusiya lideri Vladimir Putin arasında son 5 il müddətində ilk birbaşa telefon danışığına doğru bir addım ola bilər.

Modern.az xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, Zelenski ilə Putin arasında birbaşa telefon əlaqəsinin mümkünlüyü sülh danışıqlarında əsas irəliləyiş kimi qiymətləndirilir.

"Əgər Putin bazar günü telefon danışığına qoşulsaydı, bu, sülh danışıqlarına hazırlıqda ən böyük nailiyyət və sülh prosesində ilk real addım olardı", - deyə anonimlik şərti ilə danışan mənbə bildirib.

ABŞ-da bu perspektiv artıq Donald Tramp üçün "diplomatik qələbə" adlandırılır. "Bu, Prezident Tramp üçün diplomatik qələbə olardı", - deyə mənbə vurğulayıb və əlavə edib ki, Zelenski ilə Putin arasındakı dərin şəxsi gərginliyi nəzərə alsaq, Tramp hazırda "ən uğurlu vasitəçi" kimi görünür.

Eyni zamanda, mənbə qeyd edir ki, əsas maneə Putinin Zelenski ilə birbaşa danışmaq istəməməsidir. Onlar sonuncu dəfə 2020-ci ildə, Ukraynanın “Vaqner” yaraqlılarına qarşı xüsusi əməliyyatının uğursuzluğundan sonra əlaqə saxlayıblar. Mənbənin sözlərinə görə, o vaxtdan bəri Putin dəfələrlə birbaşa danışıqlardan imtina edib və 2024-cü ildə potensial əlaqə pəncərələri Ukrayna ordusunun Kursk bölgəsindəki əməliyyatından sonra yoxa çıxıb.

Buna baxmayaraq, Vaşinqton hesab edir ki, ABŞ-ın iştirak etdiyi hazırkı danışıqlar Moskvanı birbaşa əlaqə qurmağa məcbur edə bilər. Müzakirələr ABŞ-ın dəstəklədiyi 20 bəndlik sülh planı üzərində cəmləşib və Amerika rəsmilərinin fikrincə, bu plan artıq təxminən 90% razılaşdırılıb.

Zelenski öz növbəsində açıq şəkildə vurğulayır ki, ABŞ-dan hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri Ukrayna üçün istənilən razılaşma üçün əsas şərt olaraq qalır.

Ağ Ev və Amerika vasitəçiləri etiraf edirlər ki, Zelenski ilə Putin arasında hətta tək bir telefon danışığı belə dönüş nöqtəsi və tərəflərin pərdəarxası təmaslardan birbaşa dialoqa keçməyə hazır olduqlarının ilk real siqnalı ola bilər.Ötən axşam ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başa çatıb.

ABŞ-ın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında tərəflər arasında baş tutan görüş 3 saatdan çox davam edib. Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
50
modern.az

10Sources