ABŞ prezidenti Donald Trampla bazar günü keçirilən danışıqlar Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı üçün imkan yarada bilər.
Doğru.az xəbər verir ki, bu barədə Fox News telekanalı müzakirələrlə tanış olan mənbəyə istinadən məlumat yayıb. Məqalədə qeyd olunub ki, Tramp və Zelenski arasında bazar günü baş tutan danışıqlar Zelenski ilə Putin arasında son beş ildən artıq müddətdə ilk telefon danışığının reallaşmasına zəmin yarada bilər.
Telekanal xatırladır ki, ABŞ prezidenti daha əvvəl Ukrayna münaqişəsinin həllində mühüm irəliləyişlərin əldə edildiyini açıqlamışdı.
Qeyd edək ki, Donald Tramp və Volodimir Zelenski arasında görüş dekabrın 28-də ABŞ-ın Florida ştatında yerləşən Mar-a-Lago malikanəsində keçirilib.
DOĞRU.AZ