EN

128 uçuş ləğv edildi- SƏBƏB

Hindistanın Delhi Milli Paytaxt Regionunda təsirini göstərən sıx duman səbəbilə İndira Qandi Beynəlxalq Hava Limanında 128 uçuş ləğv olunub.

"Cebheinfo.az" xəbər verir ki, bölgəni bürüyən duman hava limanında uçuşların ciddi şəkildə pozulmasına səbəb olub.

Görünüş məsafəsinin demək olar ki, sıfıra enməsi nəticəsində ən azı 128 uçuş ləğv edilib, 8 uçuş isə digər hava limanlarına yönləndirilib.

"FlightRadar24" tətbiqindəki məlumatlara əsasən, 178 uçuşun qalxışı və 69 uçuşun enişi gecikmə ilə həyata keçirilib.

Hava limanının sosial media platforması "X" üzərindən verdiyi açıqlamada sıx duman səbəbilə uçuş əməliyyatlarının CAT III şərtləri altında aparıldığı və bu vəziyyətin gecikmə və ləğvlərə səbəb ola biləcəyi vurğulanıb.

Açıqlamada yer xidmətləri qruplarının sərnişinlərin səyahətlərini problemsiz şəkildə həyata keçirə bilmələri üçün aktiv dəstək verdiyi qeyd olunub. Sərnişinlərə ən son uçuş məlumatları üçün hava yolları ilə əlaqə saxlamaları tövsiyə edilib.

Digər tərəfdən, sıx duman səbəbilə ölkədəki dəmir yolu reyslərində də problemlər yaşanıb və bir çox qatar gecikmə ilə hərəkət edib.

Chosen
63
2
cebheinfo.az

6Sources