EN

Kreml açıq şəkildə BƏYAN ETDİ: Ərazilər təhvil verilməsə, müharibə bitməyəcək – VİDEO

Kreml açıq şəkildə bildirib ki, ərazi təslim edilmədən müharibə bitməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Putinin köməkçisi və mətbuat katibi şərtləri açıqlayıb.

Məlumata görə, Kreml rəsmiləri müharibənin dayandırılması ilə bağlı mövqelərini bir daha qəti şəkildə nümayiş etdiriblər.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və mətbuat katibi Dmitri Peskov faktiki olaraq təsdiqləyiblər ki, Ukrayna Donbasın itirilməsi ilə razılaşmayana qədər müharibə başa çatmayacaq.

Bildirilir ki, Rusiya tərəfi hər hansı “sülh planlarını”, o cümlədən Donald Trampın irəli sürdüyü təşəbbüsləri dəstəkləmək niyyətində deyil.

Kremlin formulası sadədir: ya Ukrayna əraziləri təhvil verir, ya da döyüş əməliyyatları davam edir.

Qeyd olunur ki, artıq dördüncü ildir davam edən müharibədə Rusiya buna güc yolu ilə tam nail ola bilməyib.

Vəziyyətin hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır.

2022-ci ildə cəbhəyə göndərilən hərbçilərin aqibətinin necə olacağı və onlardan kimlərin sağ qalacağı isə sual altındadır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
36
50
interpress.az

10Sources