Rusiya xarici işlər naziri Sergey Lavrob dekabrın 29-na keçən gecə Ukraynanın Vladimir Putinin Novqorodda yerləşən iqamətgahına zərbə endirməyə çalışdığını elan edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir bu məqsədlə istifadə edilən 91 PUA-nın hamısının vurulduğunu elan edərək, Rusiya ordusunun Ukraynada cavab olaraq vurulacaq hədəfləri artıq müəyyənləşdirdiyini açıqlayıb. Lavrov sülh danışıqlarının bundan sonrakı mərhələsində bu zərbənin nəzərə alınacağını, Rusiyanın danışıqlardan çıxmayacağını deyib.
Ukrayna prezidenti Vladimir Zelenski dərhal açıqlama yayaraq, Novqorodda heç bir obyektə hücum edilmədiyini, Rusiyanın bu addımla danışıqlar prosesini pozmaq məqsədi güddüyünü deyib: “Bu, yalandır. Rusiya Kiyevdəki hökumət binalarına zərbələr endirməyə hazırlaşır”.
Zelenski əlavə edib ki, "ABŞ Rusiyadan gələn təhdidlərə adekvat cavab verməlidir".
Qeyd edək ki, dünən Mayamidə prezident Donald Trampla Zelenski arasında 2 saatdan çox çəkən danışıqlar baş tutub. Rusiya tərəfinin gözləntilərinə rəğmən, danışıqlar işgüzar atmosferdə keçib, ardınca Tramp və Zelenski Avropa liderləri ilə birgə videogörüş keçiriblər. Trampla Avropa liderləri və Zelenski arasında fikir uyğunluğunun yaranması Rusiyanı ciddi narahat edib. Belə görünür ki, Putin danışıqları uzatmaq, prosesin inkişafını dayandırmaq üçün Ukraynanın Novqoroda hücumuna dair uydurma iddia ortaya qoyub.
Hücumun uydurma olması indiyədək Rusiya telegram kanallarında onunla bağlı hər hansı məlumatın yayılmamasından da aydın görünür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta