Cənubi Koreyada ər həyat yoldaşını ona donorluq etməkdən imtina etdiyi üçün məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə "Oddity Central" yazıb.
Məlumata görə, cütlük üç il evli olub və iki azyaşlı uşaqları var. Lakin 2024-cü ilin qışında, kişiyə qaraciyərin sirozu diaqnozu qoyulduqda onların həyatı dəyişib. Həkimlər onun orqan transplantasiyası olmadan bir ildən çox yaşaya bilməyəcəyi barədə xəbərdarlıq ediblər.
Bildirilir ki, gözləmə siyahısına salındıqdan sonra kişi müalicəsi boyunca valideynlərindən və həyat yoldaşından dəstək alıb. Həkimlər onun həyat yoldaşının donor kimi 95%-dən çox uyğun olduğunu müəyyən ediblər. Onun həyatını xilas etmək ehtimalı real görünürdü, lakin qadın, gözlənilmədən “iynələrdən və iti cisimlərdən patoloji qorxusunun” olduğunu əsas gətirərək əməliyyatdan imtina edib.
Bildirilir ki, qadının bu imtinası ailədə gərginliyə səbəb olub. Ər arvadını ona çarə olmamaqla ona xəyanət etdiyini deyib. Kişinin valideynləri isə ərinin həyatını yalnız onun xilas edə biləcəyini israr edərək ona təzyiq göstəriblər. Lakin tezliklə donor tapılıb və transplantasiya uğurlu olub.