EN

Qaradağda şəhid ailələrin övladları üçün Yeni il şənliyi təşkil olundu - FOTOLAR

29 dekabr 2025-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq sarayında şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub.  

"Unikal" xəbər verir ki,  tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkili Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər, rayon icra hakimiyyəti aparatının və hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2026-cı il münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açıb. 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirib. Qeyd edib ki, Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi elan olunmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə Konstitusiya müddəaları və suverenliyimizin tam bərpa olunmasında ölkə rəhbərimizin apardığı uğurlu siyasət ictimaiyyətə geniş şərh olunmuşdur. 

Çıxışını davam etdirərək ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirib. Regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirib. Rayonumuzda yenidən qurulan yollar, qəsəbələrin  abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq İli”  elan olundu. Əminik ki, 2026-cı il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaqdır. 2026-cı ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söyləyib.  

Millət vəkili Səbinə Xasayeva öz çıxışında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışdı. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğuladı. Uşaqları qayğızsız, problemsiz və xoşbəxt görmək istəyiriksə, onlara diqqət və qayğının artırılması, vətənpərpər, millətsevər və humanist ruhda tərbiyə olunması hər birimizin ən ümdə vəzifəsinə çevrilməli olduğunu qeyd edib. 

Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev şəhid və qazi ailələrini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. 2026-cı ilin Azərbaycan xalqı üçün daha da düşərli olacağını qeyd edib. 

Tədbir yeni il şənliyi ilə davam edib. Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar göstərməklə uşaqların sevincinə səbəb olublar. Sonda uşaqlara yeni il hədiyyələri təqdim olunub.  

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. 

 

Chosen
71
5
unikal.az

10Sources