EN

Frank Hayse “Nitsa”dan qovuldu – ARENA.AZ

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nitsa” komandasının baş məşqçisi Frank Hayse vəzifəsindən azad edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi vurğulanıb. Klub fransız məşqçiyə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Frank Hayse 2024-cü ilin yanvar ayından “Nitsa”ya rəhbərlik edirdi. Liqa 1 təmsilçisi bu məşqçinin rəhbərliyi altında bütövlükdə 70 oyuna çıxıb, 25 qələbə, 14 heç-heçə və 31 məğlubiyyət görüb.

Hayse daha öncə “Lans”da da baş məşqçisi kimi çalışıb.

“Nitsa” Fransa Liqa 1-in 2025/2026-cı illər mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Son oyunlarında ardıcıl məğlubiyyətlərə üzülmüş komanda 16 oyuna topladığı 17 xalla Liqa 1-in yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Nitsa” bu görüşlərdə 5 qələbə qazanıb, 2 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
6
17
arena.az

10Sources