Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.
“Börnli” – “Everton” matçında qapılara qol vurulmayıb. “Nottingem Forest”in qonağı olan “Mançester Siti” çətin qələbəyə sevinib. “Arsenal” “Brayton”la, “Liverpul” da “Vulverhempton”la ev oyununda oxşar hesabla (2:1) qələbə qazanıb.
“Brentford” “Bornmut”u böyük hesabla məğlub edibsə, “Vest Hem” evdə “Fulhem”ə uduzub. “Çelsi” də “Aston Villa” ilə ev oyununda xalsız qalıb.
18-ci turun qalan görüşləri dekabrın 28-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
18-ci tur
26 dekabr
Mançester Yunayted – Nyukasl 1:0
Qol: Dorqu, 24.
27 dekabr
Nottingem Forest – Mançester Siti 1:2
Qollar: Hatçinson, 54 – Reynders, 48. Şerki, 83.
Arsenal – Brayton 2:1
Qollar: Edeqor, 14. Rutter, 52-öz qapısına – D.Qomes, 64.
Brentford – Bornmut 4:1
Qollar: Şade, 7; 51; 90+6. Petroviç, 39-öz qapısına – Semenyo, 75.
Börnli – Everton 0:0
Liverpul – Vulverhempton 2:1
Qollar: Qravenberx, 41. Virts, 42 – Bueno, 51.
Vest Hem – Fulhem 0:1
Qol: R.Ximenes, 85.
Çelsi – Aston Villa 1:2
Qollar: J.Pedro, 37 – O.Uotkins, 63; 84.
28 dekabr
18:00. Sanderlend – Lids
20:30. Kristal Pelas – Tottenhem
