ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 dekabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdədir. Yevlax klubu isə 5 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.