Bakı, 7 dekabr, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Brayton" öz meydanında "Vest Hem"lə heç-heçə edib - 1:1. "Kristal Pelas" isə səfərdə "Fulhem"ə 2:1 hesabı ilə qalib gəlib.
Tura dekabrın 8-də keçiriləcək "Vulverhempton" - "Mançester Yunayted" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 33 xalla "Arsenal" başçılıq edir. İkinci pillədəki "Mançester Siti"nin 31 xalı var.