AZ

Filipe Luis “Flamenqo” ilə yeni müqaviləyə imza atdı – ARENA.AZ

Futbol üzrə Braziliya A Seriyasında mübarizə aparan “Flamenqo”nun baş məşqçisi Filipe Luis klubla yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilin 31 dekabrına qədər artırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2026-cı ilin sonunda bitəcəkdi.

Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”nu çalışdırır. Braziliya nəhəngi onun rəhbərliyi altında bütövlükd 88 oyun keçirib, 57 qələbə, 20 heç-heçə və 11 məğlubiyyət görüb.

“Flamenqo” Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.

Braziliyalı mütəxəssis daha öncə “Flamenqo”nun U-17 və U-20 komandalarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
17
arena.az

10Mənbələr