EN

İsrailli deputat: Ankara Tehrandan daha təhlükəlidir

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Türkiyə İsrailin regional təhlükəsizlik qavrayışında İranı əvəz edir və Ankara ən böyük təhdiddir”.

Reyting.az xəbər verir ki, bunu İsrailin “Kanal 14”-də çıxışı edən millət vəkili Ohad Tal deyib.

Tal əvvəlcə Qəzza və HƏMAS mövzusuna toxunaraq İsrail baş naziri Binyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü ilə bağlı gözləntilərini ifadə edib.

Onun sözlərinə görə, İsrailin baş nazir Netanyahudan gözləntilər odur ki, o, bütün istəkləri prezident Trampa çatdırsın və HƏMAS-ın tamamilə məhvi üçün lazımi vədi əldə etsin.

Talın ən diqqət çəkən açıqlaması Türkiyə ilə bağlı olub. Bölgədəki təhdidlərə dair qavrayışın dəyişdiyini iddia edən israilli deputat Ankaranın Təl-Əviv üçün Tehrandan daha təhlükəli hala gəldiyini deyib: “Mənim fikrimcə, Türkiyə artıq bölgədə İranı əvəz edib. Onlar bizim üçün getdikcə daha təhlükəli hala gəlirlər. Təl-Əviv üçün ən böyük təhdid Türkiyədir”.

Türkiyənin beynəlxalq nüfuzu və hərbi potensialından da söz açan Talın iddiasına görə, Ankaranın legitimliyi İsrailə daha böyük risk yaradır. Millət vəkili bildirib ki, “Ankara Tehrandan daha təhlükəlidir, çünki qlobal səhnədə daha çox təsirə və legitimliyə malikdir. Hətta Avropa da yerli istehsal silahları ilə müdafiə üçün onlara etibar etməyə başlayıb. Bu, onların birbaşa təhdid olması üçün əsaslı bir səbəbdir; onların səsləri dünyanın aparıcı aktorları tərəfindən eşidilir”.

Nəhayət, İsrailli millət vəkili Netanyahu-Tramp görüşü ilə bağlı çıxışını Türkiyəyə vurğu ilə yekunlaşdırıb: “Bugünkü görüşdən sonra Tramp İsrailin sərhədlərini dünya ictimaiyyətinə açıq şəkildə bildirməlidir. Biz Türkiyə ilə ittifaq qurmaq istəmirik; hər kəs bundan xəbərdar olmalıdır”.

Qeyd edək ki, bu gün baş nazir Netanyahu Floridada prezident Trampla bir araya gələcək.

Son günlərdə Təl-Əvivdəki yüksək vəzifəli rəsmilər və İsrailin təhlükəsizlik mütəxəssisləri Türkiyənin Qəzzanın yenidən qurulmasındakı aktiv rolundan açıq şəkildə narahat olduqlarını bildirərək bunun Təl-Əviv üçün “qırmızı xətt” olduğunu qeyd edirlər.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
3
reyting.az

10Sources