AZ

Hədəfdə Türkiyədir: İsrail Rusiya ilə danışıqlara başladı

Yunanıstan və Kipr Rum Administrasiyası ilə əməkdaşlıq elan edərək Türkiyə və İranı mühasirəyə almağı hədəfləyən İsrail indi də Suriyadakı təhlükəsizliyi üçün Rusiyanı öz tərəfinə çəkmək istəyir. Hətta bu məqsədlə artıq danışıqlar aparılır.

Publika.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN Rusiyanın İsrail və Suriya arasında təhlükəsizlik müqaviləsində vasitəçilik etdiyini iddia edib.

"Rusiya, ABŞ-ın təsdiqi ilə İsrail və Suriya arasında təhlükəsizlik müqaviləsində vasitəçilik etmək üçün pərdəarxası işləyir. Rusiyanın ötən ay Latakiyaya qoşun və texnika göndərməsi də iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasının göstəricisidir", - xəbərdə qeyd olunub.

İddialara görə, İsrail Türkiyənin cənubi Suriyada mövcudluq yaratmaq cəhdlərinin qarşısını almaq üçün bölgədə Rusiya hərbi elementlərinin yerləşdirilməsini qəbul etməyə üstünlük verir. Həmçinin Rusiyanın qoşunlarının cənubi Suriyaya və İsrail sərhədinə yaxın ərazilərə yenidən yerləşdirilməsində maraqlı olduğu iddia edilib. Bildirilib ki, Moskva təxminən bir ay əvvəl İsrailə Rusiya hərbi polisinin cənubi Suriyadakı bölgəni patrul etməsini təklif edib.

Seçilən
60
42
publika.az

10Mənbələr