EN

Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayevdən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, Azərbaycan Respublikasının daha da inkişafı və xalqımızın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. Qoy müdrikliyiniz, uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində Azərbaycanın müstəqilliyi, xalqın birliyi daha da möhkəmlənsin, ölkəmiz daha çox tərəqqiyə nail olsun!

Fürsətdən istifadə edərək, Sizə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan dövlətinə və harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlılara sülh, firavanlıq, sabitlik, davamlı inkişaf arzulayırıq.

Hörmətlə,

Kəmaləddin Ağayev

Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diasporunun rəhbəri

Chosen
31
50
azerbaijan-news.az

10Sources