EN

1 yanvardan etibarən dünyada hansı qanunlar qüvvəyə minəcək?

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal iqtisadiyyata və ticarətə təsir edən bir çox yeni qaydalar, o cümlədən Avropa İttifaqının (Aİ) sərhəd karbon vergisi, maliyyə ekoloji hesabatlılığı, oyuncaq təhlükəsizliyi, kriptovalyutalar, ABŞ-a səyahət məhdudiyyətləri və tarifləri, Çində əlavə dəyər vergisi və kibertəhlükəsizlikdəki yeniliklər kimi dəyişikliklər 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.

Banco.az 2026-cı ildən qüvvəyə minəcək əsas beynəlxalq dəyişiklikləri təqdim edir.

Aİ karbon vergisi tətbiq edir:1 yanvar 2026-dan etibarən Avropa İttifaqı dəmir-polad, sement, alüminium, gübrə və hidrogen məhsullarına sərhəddə karbon vergisi tətbiq edəcək.

Oyuncaqlarla bağlı yeni qaydalar:Aİ-də təhlükəli kimyəvi maddələr, PFAS və allergenlər olan oyuncaqlar qadağan ediləcək. Bütün oyuncaqlara rəqəmsal məhsul pasportu tətbiq olunacaq.

Aİ mənşə qaydaları dəyişir:2026-dan etibarən Pan-Avropa–Aralıq dənizi (PEM) mənşə qaydaları yenilənir, ticarətdə yeni sistemə keçilir.

Bolqarıstan avroya keçir:1 yanvar 2026-dan etibarən Bolqarıstan rəsmi olaraq avro zonasına daxil olacaq.

Kriptovalyuta əməliyyatları nəzarətə alınır:İƏİT-in CARF sistemi ilə kripto istifadəçilərinin əməliyyat məlumatları vergi orqanlarına ötürüləcək.

ABŞ-da pul köçürmələrinə vergi gəlir:Xaricə edilən bəzi pul köçürmələrindən 1% vergi tutulacaq. Bank kartı və elektron ödənişlər istisnadır.

ABŞ-da vergi və səyahət dəyişiklikləri:– Bəzi ölkələrə giriş qadağaları genişlənir– Enerji səmərəliliyi üçün verilən vergi güzəştləri ləğv olunur– Xaricə ödəniş edən şirkətlərə nəzarət sərtləşir

Çində vergi və kibertəhlükəsizlik islahatı:– Əlavə Dəyər Vergisi (ƏDV) sistemi yenilənir– Şəxsi məlumatların xaricə ötürülməsi üçün icazə tələb olunacaq– Süni intellekt və kibertəhlükəsizlik nəzarəti gücləndirilir

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
14
banco.az

10Sources