Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal iqtisadiyyata və ticarətə təsir edən bir çox yeni qaydalar, o cümlədən Avropa İttifaqının (Aİ) sərhəd karbon vergisi, maliyyə ekoloji hesabatlılığı, oyuncaq təhlükəsizliyi, kriptovalyutalar, ABŞ-a səyahət məhdudiyyətləri və tarifləri, Çində əlavə dəyər vergisi və kibertəhlükəsizlikdəki yeniliklər kimi dəyişikliklər 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Banco.az2026-cı ildən qüvvəyə minəcək əsas beynəlxalq dəyişiklikləri təqdim edir.
Aİ karbon vergisi tətbiq edir:
1 yanvar 2026-dan etibarən Avropa İttifaqı dəmir-polad, sement, alüminium, gübrə və hidrogen məhsullarına sərhəddə karbon vergisi tətbiq edəcək.
Oyuncaqlarla bağlı yeni qaydalar:
Aİ-də təhlükəli kimyəvi maddələr, PFAS və allergenlər olan oyuncaqlar qadağan ediləcək. Bütün oyuncaqlara rəqəmsal məhsul pasportu tətbiq olunacaq.
Aİ mənşə qaydaları dəyişir:
2026-dan etibarən Pan-Avropa–Aralıq dənizi (PEM) mənşə qaydaları yenilənir, ticarətdə yeni sistemə keçilir.
Bolqarıstan avroya keçir:
1 yanvar 2026-dan etibarən Bolqarıstan rəsmi olaraq avro zonasına daxil olacaq.
Kriptovalyuta əməliyyatları nəzarətə alınır:
İƏİT-in CARF sistemi ilə kripto istifadəçilərinin əməliyyat məlumatları vergi orqanlarına ötürüləcək.
ABŞ-da pul köçürmələrinə vergi gəlir:
Xaricə edilən bəzi pul köçürmələrindən 1% vergi tutulacaq. Bank kartı və elektron ödənişlər istisnadır.
ABŞ-da vergi və səyahət dəyişiklikləri:
– Bəzi ölkələrə giriş qadağaları genişlənir
– Enerji səmərəliliyi üçün verilən vergi güzəştləri ləğv olunur
– Xaricə ödəniş edən şirkətlərə nəzarət sərtləşir
Çində vergi və kibertəhlükəsizlik islahatı:
– Əlavə Dəyər Vergisi (ƏDV) sistemi yenilənir
– Şəxsi məlumatların xaricə ötürülməsi üçün icazə tələb olunacaq
– Süni intellekt və kibertəhlükəsizlik nəzarəti gücləndirilir
Bizi sosial şəbəkələrdən izləyin!!