Gələn il yanvarın 1-dən fərdi qaydada vergi ödəmədən çalışan bir sıra peşə sahibləri üçün məcburi dövlət sosial sığorta haqları artırılır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, toy və şənlik aparıcıları, aşıqlar, rəqqaslar, foto-video xidməti göstərənlər üçün sığorta haqqı 5%-dən 8%-ə, bərbər, pinəçi, dayə, sürücü, bağban, aşpaz və ofisiantlar üçün isə 3%-dən 5%-ə yüksəldilir.
Fiziki şəxslərin mənzil kirayəsindən əldə etdiyi gəlirdən tutulan vergi isə 14%-dən 10%-ə endirilir.
Ölkəyə idxal edilən mobil telefonların hər biri üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Şəxsi istifadə üçün ildə 1 ədəd telefon aksizdən azad edilir, 1 ədəddən artıq telefonun qeydiyyatı üçün isə 100 manat dövlət rüsumu alınacaq.
“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin xidmətlərinə də şamil olunacaq.
Bəs bu prosesə necə nəzarət ediləcək? Hazırda qəbz verməyən, qeydiyyatda olmayan sahibkarların aqitbəti necə olacaq?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.