EN

Tramp Türkiyəyə F-35 satışının mümkünlüyündən danışdı

BAKI, 30 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Türkiyəyə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin satışı barədə ciddi düşündüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə İsrailin baş naziri Binyamin Netanyahuyla görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

“Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk”, - deyə ABŞ prezidenti Ankaraya F-35-lərin satılıb-satılmayacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təyyarələrdən heç bir halda İsrailə qarşı istifadə etməyəcəyinə əminliyini ifadə edib.

“O, onları heç vaxt İsrailə qarşı istifadə etməz”, - ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti ilə İsrailin baş naziri arasında danışıqlar Trampın Florida ştatında, Uest-Palm-Biç yaxınlığında yerləşən Mar-a-Laqo iqamətgahında baş tutub.

Chosen
35
50
teleqraf.com

10Sources