EN

"Barselona" klubu "Yuventus"un hücumçusu Duşan Vlahoviçlə maraqlanır

"Barselona" klubu "Yuventus"un hücumçusu Duşan Vlahoviçlə maraqlanır. Kataloniya klubu artıq Turin komandası ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq serbiyalı hücumçunu heyətinə qatmaq üçün cəhd göstərib.

"Report"un "Marca" nəşrinə istinadən məlumatına görə, "Barselona" oyunçunu ya mövsümün sonunda azad agent kimi (pulsuz) transfer etməyi, ya da qış transfer pəncərəsində mümkün olan ən əlverişli şərtlərlə - kiçik məbləğ qarşılığında və ya yayda pulsuz keçid şərti ilə onun transferi barədə razılığa gəlməyi planlaşdırır.

Qeyd olunub ki, Kataloniya klubunun rəhbərliyi Vlahoviçi komandadakı gələcəyi hələ də qeyri-müəyyən olan Robert Levandovskinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. Polşalı hücumçunun gedişi hücum xəttində ciddi boşluq yarada bilər və "Barselona" bu boşluğu yüksək səviyyəli futbolçu ilə doldurmağa niyyətlidir.

Chosen
81
21
far.az

10Sources