EN

Ukrayna Putinin rezidensiyasına 91 dronla hücum etdi: MOSKVA CAVAB HAZIRLAYIR -TRAMP HİDDƏTLƏNİB

Ötən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum edilib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, 29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiya liderinin Novqorod vilayətindəki iqamətgahına 91 pilotsuz uçuş aparatı ilə hücuma cəhd göstərib, lakin onların hamısı ələ keçirilib və məhv edilib.

 

"Bu, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə intensiv danışıqlar fonunda həyata keçirilib. Bu cür düşünülməmiş addımlar cavabsız qalmayacaq. Cavab zərbələrinin hədəfləri və onların vaxtı Rusiya Silahlı Qüvvələri tərəfindən müəyyən edilib", - Lavrov qeyd edib.

 

Nazir əlavə edib ki, Rusiya ABŞ ilə danışıqlarda iştirakını davam etdirir, lakin Kiyevin son addımları ilə əlaqədar ölkənin danışıqlardakı mövqeləri yenidən nəzərdən keçiriləcək.

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Ukraynanın Rusiya Prezidentinin iqamətgahına zərbə endirməsi ilə bağlı bəyanatlar əsassızdır.

 

"Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir və bunlar açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa iqamətgaha zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır", – deyə V.Zelenski öz Teleqram kanalında yazıb.



 


Chosen
93
18
senzor.az

10Sources