EN

Azərbaycan və Türkiyə gəmiləri toqquşdu

İstanbul sahillərində iki tankerdən “həyəcan siqnalı” daxil olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, tankerlərdən biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən gəmilərdir.

Məlumata görə, sahilə yaxın ərazidə 141 metr uzunluğunda “Kəlbəcər” adlı tanker 115 metr uzunluğunda “Alatepe” adlı tankerlə toqquşub.

Hadisə yerinə dərhal Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinin quru xilasetmə komandası və Kurtarma-9 adlı ehtiyat gəmisi göndərilib.

Bizim.Media

Chosen
52
2
bizim.media

4Sources