EN

Goranboyda yıxılaraq başı betona dəyən qadınÖLDÜ

Goranboyda bədbəxt hadisə baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.

Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
67
10
redaktor.az

10Sources