Goranboy rayonunda bədbəxt hadisə baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yaxınlığında yıxılıb.
Yıxılma zamanı qadının başı beton dirəyə dəyib. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.