Goranboyda qadın yıxılaraq ölüb.
Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Nailə Məmmədova yaşadığı binanın yanında yıxılıb.
Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.