Bakı. Trend:
Rumıniyanın FCSB klubu qış hazırlıq toplanışı çərçivəsində“Qarabağ”la yoxlama oyunu keçirməkdən imtina edib.
Trend-inməlumatına görə, Türkiyədə keçiriləcək təlim-məşq toplanışında FCSByalnız bir yoxlama matçı – yanvarın 16-da “Beşiktaş”la – keçirməyiplanlaşdırıb.
Komandanın meneceri Mihay Stoyka “Prima Sport”a açıqlamasında“Qarabağ”dan oyun təklifi aldıqlarını təsdiqləyib:
“Qarabağ bu gün bizdən onlarla oynamaq istəyib-istəmədiyimizisoruşdu, amma onlar oyun əhval-ruhiyyəmizi aşağı sala bilərlər.Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz 16-daoynayırıq. ‘Beşiktaş’la ‘Gloria Sports Arena’da oynayacağıq. Bu,ilk dəfə deyil; əvvəllər onlarla məşq bazası paylaşmaq şərəfinənail olmuşuq. Türklərin orada etdikləri möhtəşəm bir şeydir”, -Stoyka deyib.
Qeyd edək ki, “Qarabağ” yanvarın 10-dan 17-dək TürkiyəninAntalya şəhərində təlim-məşq toplanışında olacaq.