EN

FCSB klubu "Qarabağ"la oynamaqdan İMTİNA ETDİ

Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın FCSB klubu "Qarabağ"la yoxlama oyunu keçirməkdən imtina edib.

Hafta.az xəbər verir ki, komandanın meneceri Mihay Stoyka "Prima Sport"a açıqlamasında "Qarabağ"dan oyun təklifi aldıqlarını təsdiqləyib.

"Qarabağ" bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu. Lakin onlarla oynasaq, bu, əhval-ruhiyyəmizi aşağı sala bilər. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz yanvarın 16-da "Beşiktaş"la oynayacağıq", - deyə Stoyka bildirib.

Qeyd edək ki, "Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Chosen
38
7
hafta.az

10Sources