EN

Erlinq Haland – 2025-ci ildə ən çox qol vurmuş futbolçu! – ARENA.AZ

Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland 2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçu olub.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

Haland bu siyahıda birinci pillədə qərarlaşıb. 25 yaşlı forvard ötən il beynəlxalq matçlarda 29 qola imza atıb. O, “şəhərlilər”in heyətində 12, yığmada 17 dəfə fərqlənib.

Almaniyanın “Bayern” klubunda çıxış edən İngiltərə millisinin hücumçusu Harri Keyn (23) bu göstəriciyə görə ikinci olub. İspaniya təmsilçisi “Real”ın formasını geyinən Fransa yığmasının hücumçusu Kilian Mbappe (22) isə üçüncü olub.

İlk “10-luq”da qərarlaşmış ilin ən məhsuldar futbolçularının siyahısı belədir:

  1. Erlinq Haland – 29 (“Mançester Siti”də 12, Norveç millisində 17)
  2. Harri Keyn – 23 (“Bayern”də 14, İngiltərə millisində 9)
  3. Kilian Mbappe – 22 (“Real”da 15, Fransa millisində 7)
  4. Viktor Osimhen – 18 (“Qalatasaray”da 9, Nigeriya millisində 9)
  5. Lautaro Martines – 18 (“İnter”də 14, Argentina millisində 4)
  6. Seru Girassi – 15 (“Borussiya”da 14, Qvineya millisində 1)
  7. İsmael Dias – 14 (“Universidad” və “Leon”da 6, Panama millisində 8)
  8. Riyad Mahrez – 14 (“Əl-Əhli”də 9, Əlcəzair millisində 5)
  9. Estevan – 13 (“Palmeyras” və “Çelsi”də 8, Braziliya millisində 5)
  10. Mikel Oyarsabal – 12 (“Real Sosyedad”da 3, İspaniya millisində 9)
Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
35
6
arena.az

10Sources