AZ

Premyer Liqa: 2026-cı ilə 4 heç-heçə ilə start verildi – ARENA.AZ

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

2026-cı ilin ilk oyunlarının hamısı heç-heçə ilə başa çatıb. “Kristal Pelas” – “Fulhem” görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Liverpul” – “Lids”, “Brentford” – “Tottenhem” və “Sanderlend” – “Mançester Siti” matçlarında isə ümumiyyətlə qol qeydə alınmayıb.

Beləliklə, geridə qalmış 19 turdan sonra 45 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 41 xalla ikinci, “Aston Villa” 39 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul”un 33, “Çelsi” və “Mançester Yunayted”in 30, “Sanderlend”in 29 xalı var.

İngiltərə, Premyer Liqa
19-cu tur
30 dekabr

Börnli – Nyukasl 1:3
Qollar: Loren, 23 – Joelinton, 2. Vissa, 7. B.Gimarayns, 90+3.

Çelsi – Bornmut 2:2
Qollar: Palmer, 15-pen. E.Fernandes, 23 – Bruks, 6. Kluyvert, 27.

Nottingem Forest – Everton 0:2
Qollar: Qarner, 19. Berri, 79.

Vest Hem – Brayton 2:2
Qollar: Bouen, 10 – Uelbek, 32-pen.

Arsenal – Aston Villa 4:1
Qollar: Qabriel, 48. Subimendi, 52. Trossard, 69. Q.Jezus, 78 – O.Uotkins, 90+4.

Mançester Yunayted – Vulverhempton 1:1
Qollar: Zirkze, 27 – Kreyçi, 45.

1 yanvar

Kristal Pelas – Fulhem 1:1
Qollar: Mateta, 39 – Kerni, 80.

Liverpul – Lids 0:0

Brentford – Tottenhem 0:0

Sanderlend – Mançester Siti 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
40
11
arena.az

10Mənbələr