EN

Zelenski Budanova Ukrayna Prezident Ofisinin rəhbəri vəzifəsini təklif edib

Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanova Ukrayna Prezident Ofisinin rəhbəri olmaq təklif olunub.

APA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında Budanova belə bir təklif etdiyini deyib.

“Mən Kiril Budanovla görüşdüm və ona Prezident Ofisinin rəhbəri vəzifəsini təklif etdim. Belə bir zamanda, Ukrayna təhlükəsizlik məsələlərinə, müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, eləcə də diplomatiyaya daha çox diqqət ayırmalıdır. Prezident Ofisinin rəhbəri də əsasən bu tapşırıqların icrasına xidmət edəcək”, - Zelenski bildirib.

Chosen
32
34
apa.az

10Sources