EN

Tramp: "Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək"

Bu sözləri ABŞ Prezidenti Donald Tramp yerli mətbuatamüsahibəsindədilə gətirib. O vurğulayıb ki, Vaşinqtonu Pekinlə yaxşı münasibətləri var.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. O, əsasən narkoterrorizmdə təqsirləndirilir, bu gün ABŞ-də məhkəmə qarşısına çıxarılması gözlənilir.

ABŞ-nin əməliyyatı və Nikolas Maduronun həbsi dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə, o cümlədən Çin də Donald Trampın əmri ilə atılan bu addımı kəskin pisləyib.

Firudin Həmidli
AzVision.az
Chosen
135
50
azvision.az

10Sources