EN

“Sabah” özbəkistanlı futbolçunu birdəfəlik transfer edib

Bakı, 6 yanvar, AZƏRTAC

“Sabah” komandası futbolçu Umarali Raxmonaliyevi birdəfəlik transfer edib.

Klubdan AZƏRTAC-a bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. 22 yaşlı futbolçu Bakı klubunun heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

 

Chosen
129
16
azertag.az

10Sources