“Sabah” “Rubin”dən icarəyə götürdüyü Umarali Raxmonaliyevin birdəfəlik transferini rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Umarali ilə yeni 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın formasını geyir. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta