AZ

“Sabah”dan 3 illik müqavilə

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Sabah”dan 3 illik müqavilə

“Sabah” “Rubin”dən icarəyə götürdüyü Umarali Raxmonaliyevin birdəfəlik transferini rəsmiləşdirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Umarali ilə yeni 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın formasını geyinir. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
16
qol.az

10Mənbələr