EN

Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürüldü – FOTO

İranda davam edən etiraz aksiyaları zamanı Təbrizin “Traktor” klubunun (2009–2011) keçmiş futbolçusu (yarımmüdafiəçi) Müctəba Tarşizin həyat yoldaşı ilə birlikdə öldürüldüyü bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, "Telegram" və “X” platformalarında yayılan məlumatlara görə, hadisə İranın Şahi şəhəri (indiki Qaimşəhər) yaxınlığında aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı baş verib. Paylaşımlarda 48 yaşlı Müctəba Tarcizin və həyat yoldaşının odlu silahla qətlə yetirildiyi bildirilir.

Cütlüyün iki qızı var.

Məlumata görə, ölkənin tanınmış futbolçulardan Müctəba Tarşiz bir müddət əvvəl Təbriz “Traktor” klubunun heyətində çıxış edib.

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Sosial şəbəkələrdə isə hadisənin detalları ilə bağlı fərqli versiyalar yayılmaqdadır.

"Cebheinfo.az"

Chosen
98
1
cebheinfo.az

2Sources