EN

Sabiq deputatın külli miqdarda borcu var KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Sabiq deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinin külli miqdarda vergi borcu yaranıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, “Relax Resort and Spa Hotel”in vergi borcu 134 min manat təşkil edir.

Hazırda istirahət mərkəzinin qanuni təmsilçisi Famil İmanovdur. Onun adı 2019-cu ildə “Relax” istirahət mərkəzində vergi məmurlarının döyülməsi ilə bağlı qalmaqalda hallanmışdı. Həmin vaxt “Relax”ın mühasibi olan Famil İmanov, İqbal Məmmədovun oğlu və qohumları tərəfindən vergi əməkdaşlarına yoxlama aparılması üçün maneçilik törədilmiş, nəticədə tərəflər arasında ciddi insident yaşanmışdı.

Ağagül Mürsəlov

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
75
1
konkret.az

2Sources