Qeyd edək ki, “Reuters”, “The Atlantic” və “Wired” kimi təşkilatlar tərəfindən aparılan araşdırmalara görə, “Grok”un təhlükəsizlik maneələri asanlıqla aradan qaldırıla bilər. “Grok” tərəfindən yayılan dezinformasiya və təhqiramiz görüntülərə qarşı İndoneziya, Malayziya təhlükəsizlik zəifliklərini əsas gətirərək xidmətə girişi müvəqqəti olaraq bloklayıb. Hindistan məsələ barədə araşdırma aparılmasını tapşırıb. Avropa və Böyük Britaniya məsələ barədə sərt reaksiya verib.