EN

Tovuzda Körpələr evinin müdirinə xəsarət yetirilib

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.

 

APA-nın məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri, 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. 

 

İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Chosen
25
28
senzor.az

10Sources