EN

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut toqquşub.

Paralel.az xəbər verir ki, qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1981-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1972-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır. (nuhcixan.az)


Chosen
39
11
paralel.az

10Sources