Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, qəza şəhərin Xətai məhəlləsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "KIA" markalı avtomobillə 9 nömrəli marşrut avtobusu toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhrəman qızı, 1981-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1972-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.