AZ

Naxçıvanda maşınla avtobus toqquşdu - 3 qadın xəsarət aldı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, "KİA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

///Modern.az

Seçilən
135
15
sitat.info

10Mənbələr