EN

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Paralel.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Chosen
63
16
paralel.az

10Sources