AZ

Şəmkirdə yük maşını ağaca çırpıldı, ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
54
16
yenisabah.az

10Mənbələr