Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info