EN

“Qalatasaray” öz meydanında vacib xal itird

Türkiyə Superliqasının 18-ci turu çərçivəsində keçirilən görüşdə “Qalatasaray” doğma meydanda “Qaziantep FK” ilə bərabərliyə razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Rams Park” stadionunda baş tutan qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

İkinci hissədə daha aktiv hücumlar quran qonaq komanda 73-cü dəqiqədə Məhəmməd Bayonun qolu ilə hesabda irəli keçib. “Sarı-qırmızılılar” bu qola 11 dəqiqə sonra cavab verə biliblər. 84-cü dəqiqədə Barış Alper Yılmazın dəqiq zərbəsi hesabı bərabərləşdirib – 1:1. Matçın qalan dəqiqələrində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməz qalıb.

Bu nəticə ilə “Qalatasaray”ın liqadakı üç oyunluq qələbə seriyası başa çatıb. Hazırda 43 xalı olan “Cimbom”un ehtiyatda bir oyunu qalsa da, lider “Fənərbaxça” ilə arasındakı xal fərqi 4-ə yüksəlib. Qələbə həsrəti 5 oyuna çatan “Qaziantep FK” isə xalını 24-ə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə qalxıb.

Qeyd edək ki, Superliqanın 20-ci həftəsində “Qalatasaray” səfərdə “Fatih Karagümrük”ün qonağı olacaq, “Qaziantep FK” isə “Konyaspor”u qəbul edəcək.

 

Chosen
148
1
bakivaxti.az

10Sources